Paytaxtın Sabunçu rayonunda avtoqəza ölümə səbəb olub. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Şirvan şəhər sakini K.Allahverdili “Kia” markalı avtomobillə Cəbrayıl rayon sakinləri Zemfira Hacıyeva və A.Dadaşovanı vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib, ancaq Z.Hacıyevanı xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam edir.