Paytaxtın Sabunçu rayonunda qarajda yanğın baş verib. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 200 kv.m olan tikili 50 kv.m sahədə alışıb. Qarajın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.