Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində quldurluq edən iki nəfər saxlanılıb. Bu haqda bu gün, 11 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
9 yanvar tarixində Bərdə rayon sakini M.Əliyev və paytaxt sakini K.Abdullayev zor tətbiq edərək, Bakı şəhər sakini S.Tağızadənin mobil telefonu və bank kartlarını oğurlayıblar.
Faktla bağlı araşdırma davam edir.