Paytaxtın Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 40 kv.m olan tikili tamamilə yanıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub.