Bakıda zibil atan şəxsi avtomobil vurub. Bu haqda 9 noyabr tarixində APA xəbər verib.
Sabunçu rayonunda yaşayan 26 yaşlı Seymur İsmayılovu yaşadığı məhlədə avtomobil vurub. Ramana qəsəbəsi 137 nömrəli orta məktəbin yaxınlığında zibi atmaq məqsədi ilə İsmayılov çölə çıxıb və bu an yüksək sürətlə gələn “Mercedes” markalı avtomobil onu vurub. Sürücü hadisəni törədikdən sonra ərazidən uzaqlaşıb.
Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baş-beyin əzilməsi, qapalı kəllə-beyin travması, döş qəfəsi və bud sümüyünün əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.