Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində gənc oğlan bıçaqlanıb. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Savalan massivində qeydə alınıb. 24 yaşlı Hüseyn Hüseynov dava zamanı bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.