Sabunçu rayonunda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb. Bu haqda 30 noyabr tarixində AZƏRTAC xəbər verib.
Noyabr ayında Sabunçu rayonun ərazisində iki evdən pul, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və naqil, bir torpaq sahəsindən isə 1000 manat dəyərində darvaza oğurlanıb. Polisin keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.