Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
50 yaşlı Rəhimə Cəfərova yolu keçən zaman onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.