Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda 18 oktyabr tarixində APA xəbər verib.
Xəstəxanayanı küçəsində 38 yaşlı Güloğlan Əkbərov küçədə söyüş söyən şəxslərə irad bildirib, lakin həmən şəxslər iradı qəbul etmiyib və əlbəyaxa dava başlayıb. Dava zamanı Ələkbərova bir neçə bıçaq zərbəsi endiriblər. O, əl və ayaq nahiyəsindən iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.