Oktyabrın 8-də saat 20 radələrində Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Bakuplus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilir ki, aldığı yanacağın müqabilində oradakı işçiyə 20 manatlıq saxta əsginas verən 45 yaşlı S.Rüstəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.