top
Saxta sənədlə prokurora da mobil nömrə satmışam - MƏHKƏMƏDƏ ŞOK İFADƏ
22 yanvar 2025, 03:16
- ↺ +

"Saxta sənədlə prokurora da mobil nömrə satmışam" - MƏHKƏMƏDƏ ŞOK İFADƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Külli miqdarda dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirləndirilən, əvvəllər məhkum olunan Rufan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə  prosesdə zərərçəkmiş qismində tanınan Tural Zeynalov ifadə verib.

Məlum olub ki, Rufan Qasımov ona saxta etibarnamə ilə bahalı mobil nömrələr satıb:

"16 min manat verib 2 dənə 211 ilə başlayan “Azərsell” nömrə almışam. Pulu yaxınlarım olan İlkin və Soltan adlı şəxslərlə göndərmişəm. Hər nömrəyə görə, 500 manat dövlətə rüsum keçirmişəm. Sonra hərəsini 11 min manata başqa şəxslərə satmışam. Bir müddətdən sonra məlum olub ki, mənə satılan mobil nömrələrin etibarnaməsi saxtadır. Etibarnamələr 6 saylı cəzaçəkmə müəssisəsindən Tahir Səfərəliyev adlı şəxsin adına verilib. Mən dəymiş ziyanı tələb edirəm".

Məhkəmənin növbəti gedişində təqsirləndirilən şəxs Rufan Qasımov bir çox şəxslərə saxta etibarnamə ilə bahalı mobil nömrələr satdığını etiraf edib: "Xaçmazın prokuroruna da saxta sənədlə nömrə satmışam. Anam onkoloji xəstə idi, 21 gündən bir 9 min manat xəstəliyinə pul lazım olurdu, haradan tapardım o qədər pulu?".

Təqsirləndirilən şəxs Rufan Qasımov 2 vəsatətlə məhkəməyə müraciət edib. Hakim isə vəsatətlərə baxılmasını növbəti məhkəmə prosesinə saxlayıb.

Həmçinin məhkəmə istintaqının gedişi zamanı məlum olub ki, Rufan Qasımov barədə Bakı Ağır Cinayətlər Məhkəməsi və Suraxanı Rayon Məhkəməsində başqa cinayət işləri davam edir.

Məhkəmə prosesi fevral ayının 12-nə kimi təxirə salınıb.

Qeyd edək ki, cinayət işində 3 nəfər şəxs və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC zərərçəkmiş şəxs qismində tanınıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi dövlət sənədlərinin saxtalaşdırılması) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər