Bu gün, 24 dakabrda günorta saatlarında paytaxtın Nəsimi rayonunda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin 1-ci korpusunda işıq bir müddətlik sönüb. Bu haqda Oxu.az məlumat verib.
Şəhər sakinləri iddia ediblər ki, bir saatdan artıqdır ki, klinikada işıq yoxdur. Həmçinin, istilik sistemində problem olduğunu bildirilir.
Eyni zamanda xəstəxana növbəsindəki xəstələr arasında mübahisə yaranıb.