Suraxanı rayonunda yeniyetmə yol qəzasında xəsarət alıb. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
2 avtomobilin toqquşması nəticəsində 17 yaşlı Mələk Rzazadə yaralanıb. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.