Suraxanı rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisesi baş verib. Bu haqda 30 oktyabr tarixində APA xəbər verib.
Yeni Suraxanı yaşayış sahəsi, Sovet küçəsi, 1 ünvanında gecə saatlarında 43 yaşlı Zakir Hüseynov qonşu tərəfindən bıçaqlanıb. Mübahisə zəmnində başlayan əlbəyaxa dava bıçaqlanma ilə bitib. Qonşusu Hüseynova ürək və qarın nahiyəsindən üç bıçaq zərbəsi vurub.
O, küçədə dünyasını dəyişib. Hadisəni törədən şəxs saxlanılıb və ona cinayyət işi açılıb.