Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində narkotik aludəçisi avtomobil sürərkən saxlanılıb. Bu haqda bu gün, 18 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rəşad Həsənov “KİA” markalı nəqliyyat vasitəsini heroinin təsiri altında sürdüyü məlum olub. O, etdiyi əməli etiraf edib.
Təqsirkarın, avtomobili “rent a car” xidmətindən götürdüyü müəyyən edilib. Bununla bağlı toplanan materiallar məhkəməyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.