Paytaxtın Suraxanı rayonunda məzar daşı oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 10 noyabr tarixində Report məlumat yayıb.
9 noyabr tarixində Bakı şəhər sakini Ş.Məmmədov Hövsan qəsəbəsində yerləşən qəbristanlıqdan məzarın sinə daşını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.