Paytaxtın Suraxanı rayonunda narkotik maddələrin dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyatlar davam edir. Bu haqda bu gün, 6 noyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayonun Hövsan, Əmircan, Bülbülə və Yeni Günəşli qəsəbələrində ümumilikdə 26 nəfər narkotacir saxlanılıb.
Əməliyyat zamanı ümumilikdə 2 kiloqramdan artıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb. Eləcə də, 1 ədəd əl qumbarası, 11 ədəd patron, 1 ədəd sənədləri olmayan ov tüfəngi və 1 ədəd pnevmatik tapança aşkar olunaraq götürülüb.
Bundan əvvəl, 22 oktyabr tarixində eyniadlı rayonda keçirilmiş genişmiqyaslı əməliyyat zamanı 48 nəfər narkotacir saxlanılmışdır.
[URIS id=13138]