Xəzər rayonunda "VAZ-2107" markalı avtomobili oğurlayan keçmiş məhkum saxlanılıb. Bu haqda 2 avqust tarixində Avtosfer.az məlumat verib.
Türkan qəsəbəsində avqustun 1-də A.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Kərimov avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.