Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində 44 yaşlı kişi özünə qəsd edib. Bu haqda bu gün, 8 avqust tarixində Lent.az məlumat verib.
Qəsəbə sakini Fərid Əliyev yaşadığı evin həyətində özünü asıb.
Verilən məlumata görə, Əliyev Türkiyə şirkətinə məxsus olan gəmidə mühərrik ustası kimi işləyib. Bir neçə il əvvəl o, Liviyada girov götürülüb. Təzəlikçə girovluqdan xilas edilən və vətənə qaytarılan kişinin, keçirdiyi psixi pozğunluq nəticəsində intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.