Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsi 49 ünvanında yanğın baş verib. Bu haqda Bakuplus.az xəbər verir.
“The Hall” restoranının havalandırma borusunda alışma qeydə alınıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub.
Yanğının borunun quraşdırıldığı binaya keçmə təhlükəsi olduğundan, onun bir hissəsi sökülmüşdür.
Təfərrüatlar araşdırılır.