top
“TikTok”da tanış olub evləndiyi qadını 14 bıçaq zərbəsi ilə öldürdü-DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI
07 oktyabr 2024, 07:21
- ↺ +

“TikTok”da tanış olub evləndiyi qadını 14 bıçaq zərbəsi ilə öldürdü-DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


“Hər dəfə şübhələnirdim ki, mənə xəyanət edir, ya da edəcək. Çünki məndən əvvəl başqa kişilərlə münasibətləri olub. Mənimlə Bakıya gəlmək istəmədiyini və həyatında başqa şəxsin olduğunu dediyi üçün əsəbləşib bıçaqladım”.

İnsanoid.com-un xəbərinə görə, bu sözləri Şəki Ağır Cinayətlər Məhkəməsi qarşısında “TikTok”da tanış olduğu qadını 14 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən Əli Hüseynov deyib. Belə ki, 1991-ci il təvəllüdlü Əli Hüseynov 2022-ci ildə “TikTok” tanış olduğu Aygün Həşimova ilə ailə həyatı qurub. Birgə yaşadıqları müddətdə Əli Aygünün onunla evlənmədən əvvəl başqa şəxslərlə münasibətlərinin olmasını bilib. Bundan sonra, Aygünün ona xəyanət etdiyindən və edəcəyindən mütəmadi olaraq şübhələnməyə başlayıb. Şübhələrə dözməyən cütlük 2023-cü ildə rəsmi qaydada boşanıb. Buna baxmayaraq, bir müddət bir yerdə yaşamağa davam ediblər. Amma ailədaxili münaqişə, qısqanclıq şübhələri davam etdiyi üçün Aygün dözməyərək evdən çıxıb və Zaqatala rayonuna geri qayıdıb. Əli düşünüb ki, Aygün başqa kişi ilə münasibət qurduğu üçün ondan ayrılıb. Buna görə onu öldürmək qərarına gəlib. Bu məqsədlə Zaqatala rayonuna gedib və Aygün Həşimova ilə görüşərək, onu xüsusi amansızlıqla 14 dəfə bıçaqlayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə baxılıb. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Əli Hüseynova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü qismən təqsirli bilərək, ifadə verib. Onun sözlərinə görə, üstündə gəzdirdiyi bıçaqla Aygünü qorxutmaq istəyirmiş: “Hadisə günü Aygünə mesaj yazıb onun səsini eşitmək və danışmaq istədiyimi dedim. Amma ona mesaj çatmadı. Bundan sonra hazırlaşıb Zaqatala rayonuna getdim. Üstümdə bıçaq var idi. Aygünü bıçaqla qorxudacağımı düşünürdüm. Sonra da maşın tutub birlikdə Bakıya qayıtmağı planlaşdırmışdım. Həmin gün Aygünü səhər saatlarında yolun kənarında gözlədim. Ona yaxınlaşıb yalvardım ki, mənimlə Bakıya gəlsin. Səhvləri var idi, amma mən keçmiş arvadımı sevirdim. Aygün Bakıya gəlməyəcəyini və həyatında başqa adamın olduğu dedi. Kim olduğunu soruşanda isə mənə həmin şəxsi tanıdığımı dedi. Əsəbləşib Aygünə dedim ki, özümü də, səni də öldürəcəm. Məndə bıçaq olduğunu görən kimi o, yolu qarşı tərəfə keçdi”.

Əli Hüseynov deyib ki, 14 dəfə bıçaqlamasına səbəb Aygünün müqavimət göstərməsi olub: “Bu vaxt Aygün qarşıdan gələn maşını görüb, kömək istəməyə başladı. Qolundan tutub birlikdə Bakıya qayıtmaq üçün dilə tutdum, amma o israrla həyatında başqasının olduğunu dedi. Keçmiş arvadım mənimlə dirəşdiyi üçün əsəbimdən bıçağı çıxarıb ona zərbələr endirdim. ONU öldürmək niyyətim yox idi. Sevdiyim qadını necə bıçaqladığımı bilmirəm, çünki özümdən çıxmışdım. Ola bilsin ki, 14 bıçaq zərbəsini ona müqavimət göstərməyə çalışdığı vaxt vurmuşam”.

Məhkəmə istintaqı zamanı Aygün Həşimovanın hüquqi varisi, anası ifadəsində bunları deyib:

“Qızım 2010-cu ildə Vüsal Sulxayevlə ailə həyatı qurdu. Bu evlilikdən onların qız övladı dünyaya gəldi. Vüsalla boşandıqdan sonra Aygün qızına baxmaq üçün müxtəlif işlərdə işləyib. 2022-ci ildə Aygün Əli ilə tanış olub, evlənmək qərarına gəldi. Onların ailə qurmasına razı olmadım. Əli evləndikdən sonra Şamaxıda yaşayacaqlarını dedi. Zaqatala ilə Şamaxı arasında məsafənin uzun olması ilə yanaşı, nə ailəsini, nə də özünü yaxından tanıyırdım. Qızım sözümə əhəmiyyət vermədi, Əli ilə evləndi. Evlənəndən sonra, Əlinin evinin olmadığını, Bakıda müxtəlif yerlərdə kirayə qaldığını öyrəndik. Aygünün qızı Zaqatalada Qımır kəndində oxuyurdu. Ona görə bizdə qalırdı. Vaxt tapdıqca gəlib qızını görürdü”.

Ana vurğulayıb ki, Əli Aygünü dəfələrlə ölümlə təhdid edib: “Aygün mənimlə danışanda bir neçə dəfə Əlinin onu döydüyünü dedi. Qızım Əlidən ayrılıb yanımıza qayıtmaq istəyirdi. Amma Əli müxtəlif yollarla ona mane olurdu. Münasibətləri yaxşı olmadığına görə, 2023-cü ilin yay aylarında rəsmi qaydada Aygün Əlidən ayrıldı. Əlinin qohumları da, özü də hər şeyin yaxşı olacağını dedilər, ailəni dağıtmaq istəmədilər. Aygün ikinci dəfə ailəsi dağılmasın deyə barışdı. Aygün Əlinin dəyişmədiyini görüb, qızı ilə birlikdə Zaqatalaya qayıtdı. Bir gün sonra Əlinin rayona gəldiyini eşitdim. Əliyə zəng edib qızımdan uzaq durmasını, əks təqdirdə onu polisə verəcəyimi dedim. Aygün səhər işə getmək üçün evdən çıxıb. Bir qədər sonra mənə zəng edib Aygünün xəstəxanaya aparıldığını dedilər”.

Hadisə zamanı həmin küçədən maşınla keçən şəxs məhkəmədə şahid qismində dindirilib. O deyib ki, Aygünün bıçaqlandığını gördüyü üçün ona kömək etmək istəsə də, Əli buna imkan verməyib: “Yolda gedən zaman bir qadınla bir kişinin dalaşdığını gördüm. Kişi qadının qolundan tutub yolun ortasına çəkərək vururdu. Qadın yolun ortasında dizləri üstə çökdü. Kişi əlindəki bıçaqla bir neçə dəfə qadına vurdu. Bu zaman qadına kömək etmək istədim. Əli icazə vermədi, cavab olaraq “ona dəymə, qoy ölsün, onsuz da onun sonu ölümdür” dedi. Əli qadının öldüyünə əmin olmaq üçün saçından tutaraq başını qaldırıb baxdıqdan sonra yerə buraxdı”.

Məhkəmə istintaqı zamanı Aygün Həşimovanın və Əli Hüseynovun istifadəsində olan mobil telefonlar da araşdırılıb. “Sənin bura niyə gəldiyini bildim”, “Niyə ayrıldığını da bildim”, “Atana yığıb deyirəm ki, qızın pul qarşılığında kişilərlə görüşür”, kimi məzmunlu mesajlar göndərən Əli mütəmadi olaraq Aygünü təhdid edib. Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Sonda məhkəmənin yekun qərarı ilə Əli Hüseynov 17 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər