Paytaxtın Səbail rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Üçmərtəbəli tikilinin pilləkən qəfəsində elektrik lövhəsi alışıb. Nəticədə 18 ədəd qoruyucu açar, elektrik paylayıcısı və elektrik kabeli yanıb. Mənzillərə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.