Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Ukrayna vətəndaşları da daxil olmaqla 3 nəfər saxlanılıb.
Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Seymur Əhmədov, Ukrayna vətəndaşları Durkin Yevhen və Kostıuk Vital i“Telegram” sosial şəbəkəsində əlaqə qurduqları naməlum şəxslərin onları yönləndirdiyi ünvanlara yollanaraq yaşlı nəslin nümayəndələrinin yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildiriblər və pul tələb ediblər. Onlar ümumilikdə 27.200 ABŞ dolları və 25.000 manat maddi ziyan vurublar.
Saxlanılan şəxslərdən ikisi - Durkin Yevhen və Kostıuk Vitali məhz qeyd edilən qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə müvafiq olaraq yaşadıqları İtaliya və Polşadan Bakı şəhərinə gəliblər.
Onlar barəsində araşdırmalar davam etdirilir.