Əvəz Hafizlini qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevə hökm oxunub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 29 iyul tarixində xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əmrulla Güləliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirmişdir.
Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.