Paytaxtın Xətai rayonu ərazisində narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Əhmədli, Köhnə Günəşli və rayonun digər qəsəbələrində 11 nəfər narkotacir saxlanılıb. Onların üzərindən külli miqdarda narkotik maddə aşkarlanıb.
Şübhəli şəxslər törətdikləri əməlləri etiraf ediblər.
[URIS id=29954]