Bakıda 2 paytaxt sakini talanıb. Bu haqda 20 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda sentyabrın 19-da 3 nəfər Bakı şəhər sakini E.Abbasovu və R.Cahangirovu döyərək əllərindən pullarını alıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri E.Əsgərov, R.İsrafilov və Ə.Şərifov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.