Bakıda iyulun 24-də ana uşağı ilə bir yerdə itkin düşüb. Bu haqda 28 iyul tarixində Report məlumat verib.
Xətai rayonu, General Əliağa Şıxlinski küçəsində yaşayan 32 yaşlı Vüsalə Zeynalova, 7 yaşlı qızı Xədicə Zeynalova ilə birlikdə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.