Paytaxtın Xətai rayonunda qadını avtomobil vurub. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
39 yaşlı Pərvanə Əkbərova yolu keçən zaman onu avtomobil vurub. O, çənə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.