Ötən gün Bakıda 68 yaşlı qadını avtomobil vurub.
Oxu.az istinadən Xətai rayonu, 8 noyabr prospektində ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 68 yaşlı Kimsəxanım Xatunbayeva piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçib və bu zaman 60 km saat sürəti ilə hərəkət edən “Porşe”' markalı avtomobil onu vurub. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Kimsəxanım Xatunbayevın meyti məhkəmə tibbi ekspertiza və pataloji anatomya birliyinə aparılıb.