Paytaxtın Sabunçu rayonu, Pirşağı yolunda yük avtomobili aşıb. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
İritonnajlı nəqliyyat vasitəsi “Opel” markalı avtomobillə toqquşub. Nəticədə yük avtomobili aşıb, digəri isə yararsız vəziyyətə düşüb.
Hadisədə xəsarət alanların olduğu bildirilir.