Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu haqda 9 avqust tarixində Lent.az məlumat verib.
Xəzər rayonu, Qala-Pirallahı yolunda Bakı şəhər sakini Vüqar Əliyev idarə etdiyi “Audi Q7” markalı, 10-TY-515 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlı kişini vurub. Qəza nəticəsində şəxsiyyəti məlum olmayan kişi hadisə yerində keçinib.
Faktla bağlı araşdırma başlayıb.