Bu gün, saat 17:00 radələrində paytaxtın Xəzər rayonunda yanğın baş verib. Bu barədə 27 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Ümumi sahəsi 127 kv.m olan evin 10 kv.m sahədə dam örtüyü yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.