Bakının Xəzər rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-in qaynar xəttinə daxil olan məlumata görə, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə gələn xilasedicilər meyiti aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.