Bakıda oğru saxlanılıb. Bu haqda 6 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda evlərin birindən 8000 manat dəyərində 3 ədəd əntiq xalça, samovar və qab-qacaq oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini A.Rəhimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.