Paytaxtın Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Araşdırma zamanı adıçəkilən ərazidə 9 ağacın kəsildiyi məlum olub. Hazırda torpaq mülkiyyətçisini və ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün müvafiq addımlar atılır.