Bu gün, 22 noyabr tarixində günorta saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yol qəzası baş verib. Sosial şəbəkələrdə yayılan məlumata görə, xəsarət alan var.
186 saylı marşrut xəttinin avtobusu Zabrat - Maştağa yolu, Zabrat körpüsündə minik avtomobilinə çırpılıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
23 noyabr - 13:25
Qəza nəticəsində taksi sürücüsü Rahim Həbibov aldığı xəsarətlərdən hadisə yerində ölüb.