Bakının Nəsimi rayonu, Ziya Bünyadov prospektində 5 iyun gecə saatlarında yol qəzası baş verib. Bu haqda APA məlumat verib.
“KamAZ” markalı yük avtomobilini idarə edən Sahib Şakirov həmin istiqamətdə hərəkət edən digər “KamAZ”a çırpılıb. Hadisə nəticəsində metronun 20 Yanvar stansiyasından Koroğlu stansiyası istiqamətində güclü tıxac yaranıb.
Avtomobillərə maddi ziyan dəyib, xəsarət alanlar haqqında məlumat yoxdur.