“Bakı payızı 2023 - 35 il sonra” müsabiqəsinin birinci və ikinci turları çərçivəsində konsert proqramları təşkil olunacaq. Bu haqda bu gün, 6 iyun tarixində Report-a istinadən Bakuplus.az məlumat verir.
Konsertlər 28 iyun - 1 iyul tarixlərində Opera Studiyasında keçiriləcək, müsabiqənin ilk iki mərhələsinin qaliblərinin adları açıqlanacaq.
Əfsanəvi müsabiqə 35 ildən sonra yenidən keçiriləcək.
Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür.
Əlaqə üçün: (012) 493-74-67.