Bakının Kamera və Orqan Musiqisi zalında iyunun 23-də orqan musiqisi axşamı təşkil ediləcək. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək.
Musiqili axşamda Rasimə Babayeva, Nigar Məmmədova (orqan), Nərgiz Əliyeva (piano), Rəna Rəhimova (viola), Fidan Dəmirova (vokal) Orxan Cumayev (violonçel) və Azadə Həbibovanın (violin) ifasında dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür.