“Bu günə kimi 80-dən çox alim yetişdirmişəm. İndi də kitablar yazıram, təhsillə, elmlə məşğulam”.
Bu sözləri Qafqazinfo.az-a açıqlamasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov deyib.
Keçmiş rektorun sözlərinə görə, hazırda Bakı Dövlət Universitetində kafedra və laboratoriya müdiri işləyir.
A.Məhərrəmov BDU-nun indiki rektoru Elçin Babayevlə münasibətindən də danışıb: “Necə olacaq? Yalnız inzibati münasibətimiz var. O rektordur, mən kafedra müdiri…”
Xatırladaq ki, Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb. Prezidentin 11 mart 2019-cu il tarixli Sərəncamı ilə Elçin Babayev Bakı Dövlət Universitetinə rektor təyin olunub.