top
Abşeronda nəzir paylayan seyid həbs edildi - TƏFƏRRÜAT   
05 mart 2025, 05:32
- ↺ +

Abşeronda "nəzir paylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT  

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeronda vətəndaşlara "nəzir paylayan" şəxs həbs edilib.

Qaynarinfo.az-ın məlumatına görə, avaraçılıq və dilənçiliklə məşğul olan 1996-cı il təvəllüdlü Yevlax sakini F.Şahmurad adlı şəxs saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə cinayət işi açılıb və işinə məhkəmədə baxılıb.

Məlum olub ki, F.Şahmurad zərərçəkmiş qadınlara özünü seyid kimi təqdim edib və Mir Mövsüm ağanın ziyarətgahında yığılan nəzirləri insanlara payladığını deyərək, onlara qarşı dələduzluq edib.

O, Gülbuta Məmmədova adlı qadının evinə gedərək ona bir manat verib, "seyid puludur, 3 gündən sonra xərcləyərsən" deyib. Bundan sonra həmin qadından ona bir stəkan çay verməsini xahiş edib. Zərərçəkmiş qadın da ona çay verdikdən sonra "seyid" dua oxumağa başlayıb. Daha sonra F.Şahmurad Gülbutaya deyib ki, evdə pulu varsa, gətirsin, çünki ona dua oxuyacaq və pul daha bərəkətli olacaq.

Gülbuta da cərrahi əməliyyat olunması üçün evin dolabında saxladığı 2000 manatdan 200 manatı gətirib. "Seyid" həmin pula "dua" oxuduqdan sonra zərərçəkmiş qadın apararaq eyni yerə qoyub. Bundan sonra F.Şahmurad ondan yenidən çay istəyib. Zərərçəkmiş qadın çay gətirənə qədər təqsirləndirilən şəxs pulu götürüb. Və heç nə olmamış kimi qadının verdiyi çayı içərək evi tərk edib.

Şahmurad eyni əməli Təbərrik adlı qadına qarşı da törətməyə cəhd edib. Lakin təqsirləndirilən şəxsin budəfəki cinayət əməli baş tutmayıb. Təbərrik evində olan 2100 ABŞ dolları və 340 manatı bərəkətli olması üçün gətirib həmin şəxsin qarşısında masanın üzərinə qoyub. Şahmurad pulları götürüb evdən qaçmaq istəyərkən zərərçəkmiş qadının qışqırığına gələn qonşuların köməyilə saxlanılıb və hadisə yerinə gələn polislərə təhvil verilib.

Məhkəmənin qərarı ilə Şahmurada 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadəsi elan edildi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Oxşar xəbərlər