Bakıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvan kəsimi məntəqələrində yoxlamalar keçirib. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az AQTA-nın mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən reyd zamanı Binəqədi, Sabunçu və Xətai rayonlarında 26 məntəqədə qanun pozuntuları aşkarlanıb. Həmin məntəqələrdə qanunsuz metal konstruksiyalar sökülüb, inzibati protokol tərtib edilib. Yoxlamalar davam edir.