top
“AzParking”dən incilər: “kubik”, lentli dirəklər - FOTO/VİDEO
07 fevral 2025, 23:50
- ↺ +

“AzParking”dən incilər: “kubik”, lentli dirəklər - FOTO/VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən ildən başlayaraq "AzParking" Bakı şəhərinin demək olar ki, bütün küçələrində parklanmanı ödənişli etdi. Bu isə demək olar ki, sürücülərin böyük əksəriyyətinin etirazına səbəb oldu. Adi vaxtlarda 1-2 manat, bəzi yerlərdə isə cəmi 50 qəpik qoluna qırmızı sarğı taxan “parkovşik”lərə ödəniş edib səhərdən axşama qədər avtomobili park etmək mümkün idisə, artıq bunun üçün hər saatına azı 70 qəpik ödəmək lazımdır. Yerinə görə parklama qiymətləri hər saat üçün 40 qəpiklə 1 AZN arasında dəyişir. Belə bir məbləği ödəmək isə o deməkdir ki, həftənin beş günü işləyən insan avtomobilini park etmək üçün gündəlik olaraq 6-7 manatından keçməlidir. Bu da bir çox sürücünün nə büdcəsinə uyğundur, nə də istəyinə. Hələ bu da azmış kimi, hər addımbaşı parkinq kodlarının dəyişməsi sürücüləri də çaşbaş salır. Bəzən tətbiqi açıb parkinqə başlayan sürücü başqa kodu daxil edir, "AzParkinq" əməkdaşı isə ona cərimə yazır. Bu da sürücünü ikiqat xərcə salır. Həm bir neçə saat üçün parkinq pulu ödə, həm də səhv koda görə 20 AZN də cərimə! Yaxşı olardı ki, təkmilləşmə işləri aparılsın, heç olmaya, hər rayon üçün vahid bir kod nəzərdə tutulsun. Həm də abunə kartlarının olması da pis fikir deyil. Məsələn, hər gün avtomobilini saatlarla park edənlər üçün 50-60-70 manatlıq aylıq tariflərin müəyyən edilməsi bir çox maşın sahibinin ürəyindən olardı.

“AzParking”dən incilər: “kubik”, lentli dirəklər

Parklanma ilə bağlı məsələ bununla da bitmir. Məhəllə aralarında, ara küçələrdə, yeni tikilmiş binaların qarşısında salınan parklanma da sakinlərin narazılığına səbəb olur. Nəzərə almaq lazımdır ki, insanlar binanın hər adamın cibinə uyğun olmayan qarajında avtomobil saxlamaqdansa, küçədə park etməyə üstünlük verirdilər. Di gəl ki, "AzParking" bu yolları da xətləyib kod yazaraq parkinq ödənişi tələb edir. Sakinlərə isə bildirilir ki, qeydiyyatda olduğunuzu tətbiqə daxil edin, o zaman pulsuz parkinqdən istifadə edə bilərsiniz. İlk baxışdan doğru qərara oxşasa da, reallıqları təhrif etmiş sayılır. Birincisi, yeni tikilən binaların əksəriyyətində hələ də çıxarış yoxdur, bu səbəbdən qeydiyyat məsələsi bir az öskürəklidir. İkincisi, 400-500 mənzilli binaların bəzən 30-40 faizində kirayədə qalanlar yaşadığını nəzərə alsaq, onlar üçün də bu məsələ narazılıq yaradır. Üçüncüsü, bəzi sakinlərin qeydiyyatı başqa ünvan olur və yeni tikilən binada yaşayır. Bu da haqlı narazılıqlara səbəb olan məsələlərdəndir.

“AzParking”dən incilər: “kubik”, lentli dirəklər

"AzParkinq"lə bağlı problemlər bununla da bitmir. Məsələn, bu yaxınlarda şahidi olduğum bir problemi də bölüşüm. Qarabağ küçəsində bir neçə aydır ki, "AzParking"-in xətlədiyi 8-10 maşınlıq yerdə həftənin bəzi günləri kubik (mişar daşı) ilə maneə yaradıldığı, sürücülərə park etməyə imkan verilmədiyini gördüm. Səbəbini soruşduqda isə, tikinti şirkətinin bunu etdiyini, bəzi günlərdə beton boşaldan maşınlarının orada növbə ilə gözlədiyini, sonra əraziyə daxil olduqlarını öyrəndim. Yaxşı, anlaşılandır, dar küçədə iritutumlu bir neçə maşının dayanması mümkün deyil. Bu səbəbdən şirkət belə bir üsula əl atıb. Yaxşı, bəs o kubik və lentli dirəklərlə zəbt edilən yerə görə "AzParking"-ə ödəniş olurmu? Bu yeri belə zəbt etmək qanunla tənzimlənirmi? Niyə o parkinq ərazisində lentlənmiş yerdən sonra park edən və 5 dəqiqəlik dükana, mağazaya və s. yerə çıxan sürücünün avtomobilinə dərhal cərimə yazılır? Əlində telefon ora-bura şütüyən "AzParking" əməkdaşları niyə bu məsələdə tikinti şirkətinə qarşı mülayim davranıb görməzdən gəlir, sürücülərə isə dərhal cərimə yazılır? Hələ bəzən axşam qaranlığında kubiki görməyib parkinq etməyə çalışan, avtomobilinin ön buferini zədələyənlərə dəyən ziyanı kim ödəyəcək? Suallar çoxdur, məncə bu yaxınlarda bu məsələ ilə bağlı dəqiq qərar verilməlidir. Ya o hissədə "AzParking" ləğv edilməli, ya da lentli dirək və kubiklə yolu kəsmək məsələsi ortadan qaldırılmalıdır.  Gözləyək, görək nələr olacaq.

“AzParking”dən incilər: “kubik”, lentli dirəklər

“AzParking”dən incilər: “kubik”, lentli dirəklər

@bakuplus.az “AzParking”dən incilər: “kubik”, lentli dirəklər Ötən ildən başlayaraq AzParking Bakı şəhərinin demək olar ki, bütün küçələrində parklanmanı ödənişli etdi. Bu isə demək olar ki, sürücülərin böyük əksəriyyətinin etirazına səbəb oldu. Adi vaxtlarda 1-2 manat, bəzi yerlərdə isə cəmi 50 qəpik qoluna qırmızı sarxı taxan “parkovşik”lərə ödəniş edib səhərdən axşama qədər avtomobili park etmək mümkün idisə, artıq bunun üçün hər saatına azı 70 qəpik ödəmək lazımdır. Yerinə görə parklama qiymətləri hər saat üçün 40 qəpiklə 1 AZN arasında dəyişir. Belə bir məbləği ödəmək isə o deməkdir ki, həftənin beş günü işləyən insan avtomobilini park etmək üçün gündəlik olaraq 6-7 manatından keçməlidir. Bu da bir çox sürücünün nə büdcəsinə uyğundur, nə də istəyinə. Hələ bu da azmış kimi, hər addımbaşı parkinq kodlarının dəyişməsi sürücüləri də çaşbaş salır. Bəzən tətbiqi açıb parkinqə başlayan sürücü başqa kodu daxil edir, AzParkinq əməkdaşı isə ona cərimə yazır. Bu da sürücünü ikiqat xərcə salır. Həm bir neçə saat üçün parkinq pulu ödə, həm də səhv koda görə 20 AZN də cərimə! Yaxşı olardı ki, təkmilləşmə işləri aparılsın, heç olmaya, hər rayon üçün vahid bir kod nəzərdə tutulsun. Həm də abunə kartlarının olması da pis fikir deyil. Məsələn, hər gün avtomobilini saatlarla park edənlər üçün 50-60-70 manatlıq aylıq tariflərin müəyyən edilməsi bir çox maşın sahibinin ürəyindən olardı. Parklanma ilə bağlı məsələ bununla da bitmir. Məhəllə aralarında, ara küçələrdə, yeni tikilmiş binaların qarşısında salınan parklanma da sakinlərin narazılığına səbəb olur. Nəzərə almaq lazımdır ki, insanlar binanın hər adamın cibinə uyğun olmayan qarajında avtomobil saxlamaqdansa, küçədə park etməyə üstünlük verirdilər. Di gəl ki, AzParking bu yolları da xətləyib kod yazaraq parkinq ödənişi tələb edir. Sakinlərə isə bildirilir ki, qeydiyyatda olduğunuzu tətbiqə daxil edin, o zaman pulsuz parkinqdən istifadə edə bilərsiniz. İlk baxışdan doğru qərara oxşasa da, reallıqları təhrif etmiş sayılır. Birincisi, yeni tikilən binaların əksəriyyətində hələ də çıxarış yoxdur, bu səbəbdən qeydiyyat məsələsi bir az öskürəklidir. İkincisi, 400-500 mənzilli binaların bəzən 30-40 faizində kirayədə qalanlar yaşadığını nəzərə alsaq, onlar üçün də bu məsələ narazılıq yaradır. Üçüncüsü, bəzi sakinlərin qeydiyyatı başqa ünvan olur və yeni tikilən binada yaşayır. Bu da haqlı narazılıqlara səbəb olan məsələlərdəndir. AzParkinqlə bağlı problemlər bununla da bitmir. Məsələn, bu yaxınlarda şahidi olduğum bir problemi də bölüşüm. Qarabağ küçəsində bir neçə aydır ki, AzParking-in xətlədiyi 8-10 maşınlıq yerdə həftənin bəzi günləri kubik (mişar daşı) ilə maneə yaradıldığı, sürücülərə park etməyə imkan verilmədiyini gördüm. Səbəbini soruşduqda isə, tikinti şirkətinin bunu etdiyini, bəzi günlərdə beton boşaldan maşınlarının orada növbə ilə gözlədiyini, sonra əraziyə daxil olduqlarını öyrəndim. Yaxşı, anlaşılandır, dar küçədə iritutumlu bir neçə maşının dayanması mümkün deyil. Bu səbəbdən şirkət belə bir üsula əl atıb. Yaxşı, bəs o kubik və lentli dirəklərlə zəbt edilən yerə görə AzParking-ə ödəniş olurmu? Bu yeri belə zəbt etmək qanunla tənzimlənirmi? Niyə o parkinq ərazisində lentlənmiş yerdən sonra park edən və 5 dəqiqəlik dükana, mağ azaya vəs. yerə çıxan sürücünün avtomobilinə dərhal cərimə yazılır? Əlində telefon ora-bura şütüyən "AzParking" əməkdaşları niyə bu məsələdə tikinti şirkətinə qarşı mülayim davranıb görməzdən gəlir, sürücülərə isə dərhal cərimə yazılır? Hələ bəzən axşam qaranlığında kubiki görməyib parkinq etməyə çalışan, avtomobilinin ön buferini zədələyənlərə dəyən ziyanı kim ödəyəcək? Suallar çoxdur, məncə bu yaxınlarda bu məsələ ilə bağlı dəqiq qərar verilməlidir. Ya o hissədə "AzParking" ləğv edilməli, ya da lentli dirək və kubiklə yolu kəsmək məsələsi ortadan qaldırılmalıdır. Gözləyək, görək nələr olacaq. #azparking #şikayət #bakı #problem #parklanma ♬ оригинальный звук - BakuPlus.Az

Kamran Rza

Son xəbərlər

Xəbər
Bu gün, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Bu gün, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Bu gün, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Bu gün, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Bu gün, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Bu gün, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Oxşar xəbərlər