Bakının bəzi rayonlarında su kəsiləcək. Bu haqda 30 iyun tarixində Bakuplus.az "Azərsu" ASC-yə istinadən xəbər verir.
İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan, Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.
Bununla əlaqədar paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.