Paytaxtda qanunsuz heyvan kəsiminə qarşı reyd keçirilib. Bu haqda 1 sentyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Yoxlama zamanı Xətai, Binəqədi, Sabunçu rayonlarında yerləşən ümumilikdə 24 məntəqədə qanun pozuntuları aşkarlanıb. Həmin obyektlərin sahibləri məsuliyyətə cəlb olunublar. Məntəqələrdə quraşdırılan dəmir konstruksiyalar sökülüb.
Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin aşkarlanması istiqamətində tədbirlər davam etdiriləcək.