AQTA paytaxt ərazisindəki ticarət obyektlərində reyd keçirib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Aparılan yoxlamalar zamanı 5 müəssisədə işçilərin tibbi müayinədən keçmədikləri müəyyən olunub. Onların yerləşdiyi ərazilər aşağıdakı kimidir:
- Bakı şəhəri, Xətai rayonu, Xocalı pr., ev 29, 1-ci mərtəbə;
- Bakı şəhəri, Xətai rayonu, 5 saylı satış mağazası;
- Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küç., ev 22;
- Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, C. Xəndan küçəsi;
- Bakı şəhəri, Binəqədi rayonu, N. Nərimanov küçəsi 15A;
Nöqsanlar aşkar edilmiş obyektlərin sahibləri qanuna uyğun olaraq məsuliyyətə cəlb olunublar. Qurum monitorinqləri davam etdirəcəyini bildirib.