AQTA paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərinin monitorinqini davam etdirir. Bu haqda 21 sentyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 8 obyektdə işçilərin tibbi müayinədən keçməməsi aşkarlanıb. Onların yerləşdiyi ərazilər aşağıdakı kimidir:
- Binəqədi rayonu - “Qız Qalası” market;
- Binəqədi rayonu - “Aşpaz” kulinariya evi;
- Binəqədi rayonu - “Manqal Dönər”;
- Xətai rayonu - “Araz-Z” market;
- Xəzər rayonu - “Şam Bağı” restoranı;
- Xəzər rayonu - “Pizza Bruno” restoranı;
- Səbail rayonu - “Food Zone” kafesi;
- Sabunçu rayonu - “Çinarlı” restoranı.
Qeyd olunan obyekt sahibləri məsuliyyətə cəlb olunublar və onlara nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.