AQTA növbəti dəfə Bakıda tanınmış qida və ticarət obyektlərində yoxlamalar keçirib. Bu haqda 1 sentyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Sentyabrın 1-də Bakıda yerləşən bir sıra ticarət və ictimai iaşə müəssisələrində planlı və plandankənar yoxlamalar aparılıb.
Yoxlama zamanı nöqsanlar aşkar edilmiş obyektlərin siyahısı:
- Xətai rayonu - “Mini” market;
- Xətai rayonu - “Tbilisi 333” - gürcü mətbəxi;
- Xətai rayonu - “Qızıl Ay” restoranı;
- Xətai rayonu - “Kofe Admiral” (Coffee&pub);
- Xətai rayonu - “Şaurma Seyidoğlu”;
- Xətai rayonu - “Kamran House”;
- Xətai rayonu - “Voyage Lounge”:
- Xəzər rayonu - “Həyat” restoranı;
- Xəzər rayonu - “Şəms” market;
- Xəzər rayonu - “Qala” market;
- Binəqədi rayonu - “Dadaş” market;
- Binəqədi rayonu - “Pak-46” ərzaq mağazası;
- Binəqədi rayonu - “Bülbül” market;
- Binəqədi rayonu - “Dönərçi Baba”;
- Binəqədi rayonu - “Line Lahmacun”;
- Səbail rayonu - “Monsimo” kafesi.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.
Həmçinin paytaxtda qanunsuz heyvan kəsiminə qarşı reyd keçirilib. Yoxlama zamanı Xətai, Binəqədi, Sabunçu rayonlarında yerləşən ümumilikdə 23 məntəqədə qanun pozuntuları aşkarlanıb. Həmin obyektlərin sahibləri məsuliyyətə cəlb olunublar. Məntəqələrdə quraşdırılan dəmir konstruksiyalar sökülüb.