Binəqədi rayonunda ağacı zədələyən şəxs cəzalandırılıb. Bu haqda 10 sentyabr tarixində Report məlumat verib.
Cəfər Xəndan küçəsi, 47 C ünvanında tut ağacının gövdəsinin üst hissəsi sərt budanaraq zədələnib. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti araşdırma apararaq, ağacın vətəndaş Fuad Qurbanov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar edib.
Faktla bağlı akt tərtib edilib və Qurbanov barəsində qanunamüvafiq tədbir görülüb.