Bakı-Sumqayıt-Bakı xəttinə yeni ekspres qatarlar buraxılacaq. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun verdiyi məlumata əsasən, yeni buraxılan qatarlar 5 vaqondan ibarət olacaq:
“Bu il xətdə 5 vaqondan ibarət qatar buraxılıb. Cari il ərzində həmin qatarda vaqonların sayı 7-yə qədər qaldırılıb. İlin sonuna qədər daha 1 vaqonun da artırılacağı nəzərdə tutulub”, – deyə o qeyd edib.